Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasına vəkil üzv təyin edilib. Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunub və Komitənin Əsasnaməsi qəbul edilib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilib.


Şərhlər
Anar Bağırov Vəkillər Kollegiyasına sədr təyin olunduğu gündən savadlı kadrların, Test imtahanından yüksək bal toplayanların Vəkil olmasına imkan verməyir ? Onun Məhkəmə Hüquq Şurasına Vəkil üzv təyin olunmasını çox pis qarşıladım, onun işlədiyi müddət ərzində fəaliyyəti yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Cənab İnam Kərimovun Məhkəmə Hüquq Şurasına təyin olunması təqdirə layiqdir və ondan xahiş edirik Hakimlərin və Vəkillərin təyin olunması Komissiyasında köklü dəyişikliklər aparsın.