Menu

Azərbaycanda ictimai birliyin sədri həbs olundu

06.07.2023, 22:23
Azərbaycanda ictimai birliyin sədri həbs olundu

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub. APA xəbər verir ki, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.

Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Mubariz 2023-07-07 10:05:51

İşverənliyin həmişə sonu belə olub ,nə qədər günahsızın üzünə durmusan,aldatmısan ,yuxarıların adı ilə şantaj edib pul almısan ,get türmədə səni də Atasız Abdullayevin aqibəti gözləyir

Kərim 2023-07-07 08:51:40

Hansı ictimai birlik ictimaiyyətl işləyir? Yalandan ictimaiyyət adı ilə dələduzluqla məşğuldurlat.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol