Menu

"Rusiya ordusu Baxmutda kimyəvi silahdan istifadə edib" - Ukrayna SQ

07.07.2023, 10:35
"Rusiya ordusu Baxmutda kimyəvi silahdan istifadə edib" - Ukrayna SQ

Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya ordusu kimyəvi silahdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin bildirib.

O deyib ki, yüksəkliklərin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir və proses davam edir: “Düşmən mövqelərini qoruya bilmir. Ona görə də onlar kimyəvi silahdan istifadə edir”.

Qeyd edək ki, təxminən 9 aydır Baxmutda gərgin döyüşlər gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol