Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ötən il mənfəətdən zərərə keçib.
"APA-Econimics"in məlumatına görə, Agentlik 2022-ci ili 9,5 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildə 1,1 milyon manat mənfəət açıqlamışdı.
Ötən il AERA-nın əməliyyat gəlirləri 2021-ci ilə nisbətən 3,1 dəfə azalaraq 4,5 milyon manat, əməliyyat xərcləri isə 14,7% artaraq 13,9 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə Agentliyin aktivləri 40,4% azalaraq 12,03 milyon manata enib, öhdəlikləri isə 77,5 % artaraq 3,03 milyon manata yüksəlib.
2022-ci ildə AREA-nın balans kapitalı 9 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə azdır.


Şərhlər
Təsadwfi adamlarla doldurulmuş,artıq məbləğdə maaş təyin edilən gentlik əlbəttə zərələ işləyəcək....Kadrlar əsasın qarışıq milli,və ya tam qeyri milli,ad soyadları dəyişdirilmiş şəxslərdən təyin olunur.