Menu

Naxçıvanda yaşayış binalarının davamlılığının yoxlanılmasına başlanılıb

07.07.2023, 15:45
Naxçıvanda yaşayış binalarının davamlılığının yoxlanılmasına başlanılıb

Fövqəladə Hallar Nazirliyi Naxçıvan MR-da yaşayış binalarının davamlılığının yoxlanılmasına başlayıb.

Bunu “Report”a açıqlamasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın digər ərazilərində tətbiq edilən bütün qanunvericilik aktları Naxçıvanda da tətbiq ediləcək.

"Bəzi binaların möhkəmliyini yoxlayır, aparılacaq tikintilərə dövlət nəzarətini həyata keçiririk”, - deyə rəis müavini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol