Menu

“Kaset başlıqlı “ATACMS” müharibənin gedişatını dəyişə bilər” – Oleq Katkov

07.07.2023, 16:04
“Kaset başlıqlı “ATACMS” müharibənin gedişatını dəyişə bilər” – Oleq Katkov

“ATACMS” raketləri Ukraynaya kaset başlıqları ilə ötürülsə, Rusiyaya qarşı müharibənin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər.

“AzPolitika.info” xəbər verir ki bunu “Defence Express” hərbi jurnalının baş redaktoru Oleq Katkov bildirib.

O, qeyd edib ki, çoxlu döyüş başlığı olan “ATACMS” raketləri hədəfə çatarsa və açılırsa, o zaman bu kasetli sursatlar geniş əraziyə səpələnə bilər.

“Bir neçə belə “ATACMS” ilə kifayət qədər böyük bir hava sahəsinə nəzarət etmək, həmçinin oradakı təyyarələri və helikopterləri məhv etmək mümkündür. Amma adi “ATACMS” ilə buna nail olmaq mümkün deyil”, - deyə o, bildirib.

Məlumata görə, ABŞ mövcud “HIMARS MLRS” tərəfindən istifadə oluna bilən “ATACMS” uzaqmənzilli raketlərini Ukraynaya göndərməyə hazırlaşır. Bu raketlərin təqribən 300 kilometr uçuş məsafəsinə malik olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

Vuqar Memmed.oglu 2023-07-07 18:08:04

Amerika rusiyanı tukədə tukədə daha güclü silahlar verəcək Ukraynaya day o vaxtadək ki, putin təslim olunca!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol