Menu

Avropa Ukraynaya sursat yardımı barədə təcili qərar qəbul etdi – “Oturub gözləyə bilmərik...”

07.07.2023, 16:16
Avropa Ukraynaya sursat yardımı barədə təcili qərar qəbul etdi – “Oturub gözləyə bilmərik...”

Avropa İttifaqı (Aİ) bloka üzv olan 27 ölkədə sursat və raket istehsalının sürətləndirilməsi ilə bağlı qərarını açıqlayıb. Plan İttifaqın öz müdafiəsini təmin etmək və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəf etmək səylərində Kiyevə kömək etmək məqəsədi daşıyır.

Aİ-yə sədrlik edən İspaniya cümə günü elan edib ki, Avropa Birliyi ölkələri Avropa Parlamenti Sursat Dəstəyi Aktı (ASAP) çərçivəsində təcili olaraq 500 milyon avro ayırmaq barədə razılığa gəliblər. Müqavilə üzv dövlətlər və Avropa deputatları tərəfindən bir daha təsdiqlənməlidir, onun başa çatdırılması ayın sonuna çəkəcək.

Bu, ASAP-ın bir il ərzində Kiyevə 1 milyon ədəd sursat göndərmək planının bir hissəsi idi. Xatırladaq ki, mart ayında Avropa liderləri Ukraynaya hazırkı əks-hücum əməliyyatı başlamazdan əvvəl tələb olunan sursat tədarükünü artırmaq barədə razılığa gəlmişdilər.

Ukrayna Prezidenti Volodimir Zelenski döyüş sursatı və raketlərdən tutmuş müasir Qərb qırıcı təyyarələrinə qədər daha çox hərbi yardım tələb edir.

Cümə günü ABŞ-ın 800 milyon dollarlıq yeni yardım paketi çərçivəsində Kiyevə minlərlə kasetli sursat göndərəcəyini bəyan edəcəyi gözlənilir.

"Avropa torpaqlarında müharibə ilə üz-üzə qalmışıq, biz artıq son otuz ildə etdiyimiz kimi müdafiəmizə etinasızlıq göstərə bilmərik. Biz təcili olaraq büdcə prioritetlərimizi tənzimləməliyik", - Avropa Parlamentinin deputatı Maykl Qaler bildirib.

Bu arada Kiel Dünya İqtisadiyyatı İnstitutunun 6 iyul hesabatında deyilir ki, Qərb müttəfiqlərinin Ukraynaya böyük dəstək paketlərinə baxmayaraq, 2023-cü ilin yazında Kiyevə faktiki tədarüklərin ümumi həcmi əvvəlki dövrlə müqayisədə aşağı olub.

Kiel İnstitutunun araşdırması deyir ki, ümumilikdə vəd edilən ağır silahların yarısından bir qədər çoxu göndərilib. Hesabatda ABŞ, Almaniya və Böyük Britaniyadan Ukraynaya göndərişlər qeyd olunur. Digər tərəfdən, hesabatda qeyd olunduğu kimi, Çexiya, Slovakiya və Polşa kimi Mərkəzi və Şərqi Avropa ölkələri Ukrayna ordusuna öz tərəflərindən vəd edilən ağır silahların 80 faizindən çoxunu tədarük edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol