Menu

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istənilib

07.07.2023, 18:38
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istənilib

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Paşayev Hacı Famil oğlunun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror ittiham nitqi ilə çıxış edərək Hacı Paşayevin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Hacı Paşayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə ittiham edilir.

Şərhlər

t.ədalət 2023-07-07 22:09:13

Rusiya kəşfiyyat idarəsinə xidmət edən ,anası,arvadı və qaynanası erməni olan çoxsaylı casuslar var.Onlar Azərbaycanın müstəqilliyinə real təhlükədirlər.Təəssüfki onlar haqqında heç bir cəza tədbiri görülmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol