Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb. "Report" xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.
Hər iki ölkənin liderləri İstanbulda görüşürlər.
Qeyd edək ki, Zelenski Avropa turnesi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırdığını bildirib.
“Türkiyədə məhsuldar bir günü başa vururuq: Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar, Sülh formulu, NATO sammiti, Təhlükəsizlik zəmanətləri və taxıl təşəbbüsü ilə bağlı mövqelərin koordinasiyası, Ukraynanın bərpası, müəssisələrimiz arasında müdafiə müqavilələri”, - deyə Zelenski paylaşımda qeyd edib.


Şərhlər