Menu

Rusiya avqustdan neft ixracatını azaldır

08.07.2023, 00:08
Rusiya avqustdan neft ixracatını azaldır

Rusiya Federasiyası avqust ayında ixracı azaltmağı planlaşdırır. Buna görə neft tədarükünün sutkada 500 min barel azaldacaq.

Bu barədə TASS-a Rusiya Federasiyasının Energetika Nazirliyindən məlumat verilib.

Bu, eyni zamanda hasilatı könüllü şəkildə azaltmaq üçün əvvəllər qəbul edilmiş öhdəliklərə əlavədir.

Nazirlikdən bildirib ki, bu qərar 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək.

Mart ayında Rusiya könüllü olaraq neft hasilatını fevral ayı ilə müqayisədə gündəlik 500 min barel azaltmağa başlayıb. Bu endirimin qüvvədə olma müddəti bir neçə dəfə - əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ toplantısından sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.

Rüfət

AzPolitika.infos

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol