Bu ilin əvvəlindən Milli Məclisə notbuk, planşet, həmçinin smartfon və anderoid tipli mobil telefonlarla daxil olmaq qadağan edilib. Milli Məclisin iclaslarından operativ xəbər çatdırmaq üşün öz noutbukları ilə gələn jurnalistlər bu qadağadan narazı qalsalar da, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirmişdi ki, bu qərar sırf təhlükəsizlik baxımından qəbul edilib və hamıya aiddir.
Bundan sonra jurnalistlərə ayrıca komputer otağı ayrıldı ki, orada da cəmi 14 komputer mövcuddur. Cihazların sayının az olması səbəbilə dəfələrlə burada komputerdən istifadə üçün jurnalistlər arasında mübahisələr də yaranıb. Lakin qərar dəyişməyib və Milli Məclisə akreditə olunmuş 70-dən çox jurnalistin əksəriyyəti yalnız zalda əyləşərək, qələm-kağız vasitəsilə qeyd götürməyə məcburdur ki, bu da operativliyi sıfıra endirir.
Lakin Bizimyol.info saytının əməkdaşının Milli Məclisin plenar iclaslarında apardığı müşahidələr üzə çıxarıb ki, bu qadağa heç də hamıya aid deyil. Yəni deputatlar hər biri üçün ayrıca komputer quraşdırılmasına baxmayaraq, onlar öz notbuk, planşet və smartfon, anderoid tipli mobil cihazlarından çox rahatlıqla istfadə edirlər. Bu, parlamentdə müvəqqəti işləyən vəzifəlilər üçün də keçərlidir.
Jurnalistlər isə informasiya mübadiləsinin və opertivliyin saniyələrlə ölçüldüyü bir dövrdə hələ də qələmlərinə güc verməklə məşğuldirlar...


Şərhlər