Menu

“Təhsilimizin sıfırları” – Təhsil eksperti maraqlı faktlar açıqladı

08.07.2023, 12:00
“Təhsilimizin sıfırları” – Təhsil eksperti maraqlı faktlar açıqladı

Təhsil eksperti Kamran Əsədov “facebook” səhifəsindən təhsillə bağlı düşündürücü göstəriciləri paylaşıb. O, paylaşımını “Təhsilimizin sıfırları” adlandırıb. 

“AzPolitika.info” ekspertin qeydlərini təqdim edir: “Bu il magistr olmaq istəyən 1670 nəfər 0-30 bal toplayıb. İmtahanlarda 24118 bakalavr iştirak edib, maksimum toplana biləcək bal 100-dür;

Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası bal toplayıb;

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu təxminən 31.000 abituriyent edir”.

“Heç bir təhsil sisteminin səviyyəsi müəlliminin səviyyəsindən yüksək deyil” – deyə, o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-07-08 12:46:35

Yaxşı tehlildir ve bu veziyyet yeqin ki diger ölkelerde de bizde olduğu kimidir.Sadece o ölkelerde here öz qabiliyyet ve istedadına uyğun işle meşğul olur vebizde olduğu kimi sli tehsile cehd ,süni meyl onlarda yoxdur.Bu sovetden qalma axmaq adetdir.Yeni insanda ola bilmez ki hansısa sahede onun bşr istedadı olmasın,biz asan qazanc dalınca qaçmaqdan yzaq olmalıyıq .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol