Menu

“Əks-hücum yavaş tempdə getdiyi üçün Ukraynaya kaset bombaları verəcəyik” – PENTAQON

08.07.2023, 15:47
“Əks-hücum yavaş tempdə getdiyi üçün Ukraynaya kaset bombaları verəcəyik” – PENTAQON

ABŞ-ın kaset bombalarını Ukraynaya ötürmək qərarına gəlməsinin əsas səbəblərindən biri əks-hücum əməliyyatının Pentaqonun gözlədiyindən daha yavaş tempdə irəliləməsi ilə bağlıdır.

Bunu brifinqdə ABŞ Müdafiə nazirinin müavini Kolin Kahl deyib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukraynaya kaset sursatlarının göndərilməsi həm də Rusiyaya “ukraynalıların oyunda qalacağına” dair mühüm siqnaldır.

K.Kahlın sözlərinə görə, kasetli bombalar Ukraynaya lazımi vaxtda çatdırılacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü artıq təsdiqləyib. Bayden kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarının ölkədə adi mərmilərin tükənməsi səbəbindən verildiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol