Menu

Britaniya İranın 13 rəsmisinə və bəzi qurumlarına sanksiya tətbiq edib

08.07.2023, 19:01
Britaniya  İranın 13 rəsmisinə və bəzi qurumlarına sanksiya tətbiq edib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İranın 13 rəsmisinə və bəzi qurumlarına yeni sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu barədə Britaniyanın XİN başçısı Ceyms Kleverli məlumat verib.

“Bu gün Britaniya İran rejiminə açıq mesaj göndərir, biz bu pis davranışa dözməyəcəyik və sizi məsuliyyətə cəlb edəcəyik” - deyə, o, bildirib.

Rəsmi London hesab edir ki, yeni sanksiyalar İranın bütün dünyada düşmənçilik və sabitliyi pozan davranışlarına qarşı çıxmaq üçün həyata keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol