Menu

Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib

08.07.2023, 20:38
Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri tviterdə qeyd edib.

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib.

Şərhlər

Nazirin biabrçı kadr siyasəti 2023-07-09 13:49:54

Hörmətli Ceyhun müəllim,

məcburən buradan yazırıq, çün ki sizin qəbulunuza düşmək müşkül məsələdir və ya qeyri-mümkündür. Rəhbərlik etdiyiniz nazirlikdə baş verənlərdən xəbəriniz varmı?! Burada hər şey pul ilə alınır və pul ilə də satılır. Birbaşa nazirə tabe olan Kadrlar idarəsi vəzifə borclarını yerinə yetirə bilmir. Nazirliyin əməkdaşları Kadrlar idarəsinin rəisi Raman Məmmədovu ələ salamqdan və onun haqda satirik ifadələr işlətməkdn çəkinmirlər, çün ki bu cənab özünün hüquq bilikləri ədalətə və hüquqa deyil, korrupsiya və nepotizmə xidmət edir. Raman Məmmədov heç öz idarəsini islaha edə bilmədi, müavini Fuad Əzimov həbs edilmiş səfir Eldar Həsənovun cinayətlərini həyata keçirən əsas üç şəxsdən biri olub, onun haqqında Baş Prokurorluqda açılmış cinayıt işi hələ də balanmayıb, belə birisi Raman Məmmədov həzrətlərinin müavindir. Şöbə müdiri Xatirə Qasımova isə ali təhsili olmayan keçmiş rəis Elmira Sarıcalinskayanın dövründən qalmış birisidir, Bu q adın rüşvət pulunun alınıb yuxarılara ötürlməsi ilə məşhurdur. ROman Məmmədov belə kardları saxlamaqlaa nəyə nail olmaq istəyir? Kadrların rotasiyası da rüşvət içində batıb, Mammaedyarovun dövfründəki yazılmamış qaydaları Raman Məmmədov yazılı hala salıb hüquq adı altında nazirliyiə sırımğa çalışır,üstəlik də saxta və mənasız müsahibə keçirib baş verən qanunsuszluqlara qanun donu geyindirməklə məşguldur. Xaricə ezam edilən əməkdaşların əksəriyyəti kəmsavad və heç bir ölkə və xarici dil bilikləri olmayan adamlardlrlar, belələri müsahibəni neəc keçə bilərdilər? ROman Məmmədov bu haqda heç məruzə edibmi? P.S. burad yazılanlar əlbət ki aysberqin yalnız görünən hissəsidir. Dövlətçilizimizi nəzərə alaraq, bir çox mətləblər haqda (hələlik) sükut edirik. Nəzərə almağınızı xahiş edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol