Menu

Yəmənin Husi rejimi İsveçə embarqo qoydu

08.07.2023, 23:56
Yəmənin Husi rejimi İsveçə embarqo qoydu

Yəmənin şimalına nəzarət edən Husilər hərəkatı Stokholmda Quranın yandırılmasına etiraz olaraq İsveçdən idxalı qadağan edib.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, bu haqda Husilərin idarə etdiyi “Al Masirah TV” bildirib.

“Al Masirah” Husilərin ticarət nazirinin sözlərini sitat gətirib: "Yəmən müsəlmanların müqəddəs atributlarını təhqir etdikdən sonra İsveç mallarının idxalını qadağan edən ilk İslam ölkəsidir".

Nazir İsveç idxalını "məhdud" olaraq xarakterizə etdi, lakin qərarın simvolik bir dəyəri olduğunu və qadağanın Husilərin edə biləcəyi ən az şey olduğunu söylədi. O, həmçinin İslam ölkələrini də nümunə götürməyə çağırıb.

Rüfət 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol