Menu

“İranın XİN başçısının Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk” - Ceyhun Bayramov

09.07.2023, 13:47
“İranın XİN başçısının Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk” - Ceyhun Bayramov

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəmizə səfərini, xüsusilə Prezident İlham Əliyevlə görüşünü müsbət qiymətləndiririk".

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Son zamanlar iki ölkə arasında münasibətlərdə ciddi gərginliklərin yaşandığını bildirən nazir qeyd edib ki, bunun çox ciddi səbəbləri var idi: “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.

Şərhlər

Eli 2023-07-09 15:03:39

İran -fars diplomatiyası belke de dünyada en iyrenc aqressiv qeddar bir diplomatiyadır ve men deyerdim rysların siyasetinden de itrenc.Bu meqamda onların bu addımı Azerbaycanın meydanda tek olmadığı ve özünün bir çıx meselelerde qazanclı çıxacağına hesablanıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol