Menu

“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq” - Ştaynmayer

09.07.2023, 23:20
“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq” - Ştaynmayer

“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq”.

“Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, təkcə Almaniya deyil, ABŞ və bir çox başqa ölkələr Avropada Rusiyanın da daxil olduğu təhlükəsizlik arxitekturası yaratmağa çalışıblar: “Sonda alınmadı. Biz də bunu bacara bilmədik. İndi bundan gələcək üçün nəticə çıxarmaq lazımdır. Təəssüf ki, bu o deməkdir ki, gələcəkdə Avropanın təhlükəsizliyi artıq Rusiya ilə ortaq təhlükəsizlik olmayacaq. Amma biz bir-birimizi qoruyacağıq - Avropa üçün, müttəfiqlik və ittifaq üçün daha yaxşı müdafiəni təşkil etmək üçün müdafiə büdcəmizə böyük xərclər sərf etməklə”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol