Menu

PENİTENSİAR XİDMƏTİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni təyinat + DOSYE (Yenilənib)

10.07.2023, 12:40
PENİTENSİAR XİDMƏTİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni təyinat + DOSYE (Yenilənib)

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib..

Qeyd edək ki, Mirsaleh Seyidov daha əvvəl Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub.


M.Seyidov rütbəcə ədliyyə polkovnikidir.

O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Şərhlər

Molla umid 2023-07-13 21:05:43

Ceyhun bəyin əsl adı;soyadı necədir? Axı hakimiyyət VƏZİFƏLƏRDƏ MİLLİ QARIŞIQLAR YERƏŞDİRİLİR.Yoxsa təmiz Azərbaycanlıya iş verən var?.

Amin 2023-07-11 15:28:13

Umid edek ki,bundan sonra Ceyhun "muellim" Pirshagidaki villasinda denizin qabagini tutmush divarlarini sokdurecek ki caamat denize gire bilsin

Kamal 2023-07-10 15:18:06

Yeyib Çox .şişmişdi, İndi növbə başqasınındır....

Cabbar 2023-07-10 14:14:44

Nə olsun.Rüşvət davam edəcək.Yenə yerdəyişmə.....

t.ədalət 2023-07-10 12:38:23

Ceyhunun əmlaklarından biri Xəzərin Qum adası yaxınlığındakı restoran-kompleksdir.Vaxtı ilə insanların dincəlməyə gəldiyi bu ərazi zorla özəlləşdirilib ələ keçirilib.Vasif Talıbova yaxın adamlar övladlarının toy məclislərini də burda edirdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol