Menu

TSK İraqda uğurlu əməliyyat keçirib

10.07.2023, 12:18
TSK İraqda uğurlu əməliyyat keçirib

Terror təşkilatı PKK-ya üzv olan “Batman Serzan Mava” kod adlı terrorçu Ferit Yüksel zərərsizləşdirilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Zap bölgəsində axtarış fəaliyyətini icra edən Türkiyə Silahlı Qüvvələrinin (TSK) bölmələri 852 metr yüksəklikdəki mağarada terrorçuların varlığını aşkarlayıb.

“Təslim olun” çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada komandolar tərəfindən zərərsizləşdirilib.

Terrorçunun ötən il zərərsizləşdirilən “Siyabənd” kod adlı Zap əyaləti üzrə sözdə məsul şəxsinin yaxın adamlarından biri olduğu müəyyən edilib. Yükselin terror təşkilatının bölgədəki kritik kommunikasiyalara görə məsuliyyət daşıdığı qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol