Primorsk diyarından, Kamçatkadan və Saxalindən müharibəyə səfərbər olunanlar Ukraynaya qarşı döyüşməkdən imtina etdiklərinə görə cəzalandırılıb.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onların qohumları Müdafiə Nazirliyinin rəhbərliyinə və qurumun yerli idarələrinə şikayət ediblər. Qeyd olunur ki, 60-cı motoatıcı briqadanın hərbçiləri yeməksiz və susuz halda quyuda saxlanıldıqdan sonra naməlum istiqamətə aparılıb, hazırda onlarla əlaqə yoxdur.
Onların şikayətlərinin təsdiqi kimi bir neçə əsgərin zirzəmidə videosunu yayıblar.
Şikayət edənlər iddia edirlər ki, komandanlıq səfərbər olunanları hücuma göndərərək, oradan sağ qayıtymayacaqlarını bildirib. Valdeynlər bildirirlər ki, səfərbər olunanlar müharibə üçün heç bir hazırlıq keçməyiblər.
Ötən ilin noyabrında Prezident Vladimir Putin deyib ki, hərbi xidmətə çağırılanlar birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər. Daha sonra Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, səfərbər olunanlar cəbhənin ən qaynar bölgələrinə göndərilməyib.
Cəbhədən gələn çoxsaylı ifadələr bunun belə olmadığını göstərir. Səfərbərlik başlandıqdan bir neçə gün sonra onlar Ukrayna hücumunu dəf etmək üçün hazırlıqsız döyüşə göndərilib. Nəticədə onlar arasında kütləvi itkilər baş verib.
“AzPolitika.info”


Şərhlər