Menu

Vyetnam hökuməti “Netflix”dən Çin serialını silməyi tələb etdi – “Ərazi iddiaları var”

10.07.2023, 15:32
Vyetnam hökuməti “Netflix”dən Çin serialını silməyi tələb etdi – “Ərazi iddiaları var”

Vyetnam hökuməti “Netflix” şirkətindən “Sənə doğru uçuş” adlı Çin serialını 24 saat ərzində platformadan silməyi tələb edib.

“AzPolitika.info” “Gazeta.ru”ya istinadla xəbər verir ki, 2022-ci ildə yayıma çıxan sözügedən serialda bir neçə seriyada xəritələr təhrif olunub.

Gənc aviasiya işçilərindən bəhs edən bu serialda yer alan xəritələrdə bəzi məqamlar var ki, Vyetnam hökumətinin qəzəblənməsinə səbəb olub.

Belə ki, sözügedən serialda bəzi Vyetnam ərazilərinin Çinə aid olduğunu göstərən xəritələr yer alıb.

Vyetnam hökuməti bunu “ərazi iddiası” kimi dəyərləndirib və “Netflix”dən dərhal tədbir görməyi tələb edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol