ABŞ hökuməti hesab edir ki, Rusiya İrandan yüzlərlə PUA alıb və onlardan Ukraynanın infrastrukturuna hücum etmək, vətəndaşlarını öldürmək üçün istifadə edib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Rusiya Federasiyası öz ərazisində PUA istehsalı zavodunun tikintisi üçün lazım olan materialları İrandan alır.
“Biz bu fəaliyyəti ifşa etmək və dayandırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edirik”,- deyə, Con Kirbi qeyd edib.
Vaşinqtonun məlumatına görə, gələn ilin əvvəlində istifadəyə verilə biləcək zavod Moskvanın şərqində yerləşir.
“AzPolitika.info


Şərhlər