Menu

Türkiyə və İsveç liderləri razılığa gəliblər - Üzvlük protokolu Böyük Millət Məclisinə göndərilir

10.07.2023, 23:30
Türkiyə və İsveç liderləri razılığa gəliblər - Üzvlük protokolu Böyük Millət Məclisinə göndərilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO hərbi alyansına qoşulmaq barədə sorğusunu parlamentə göndərməyə razılaşıb.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi baş katib Yens Stoltenberq NATO-nun Vilnüsdə keçiriləcək sammiti ərəfəsində bildirib.

Stoltenberq mətbuat konfransında deyib: “Prezident Ərdoğanın İsveçin üzvlük protokolunu ən qısa zamanda Böyük Millət Məclisə göndərməyə və ratifikasiyanı təmin etmək üçün parlamentlə yaxından işləməyə razı olduğunu elan etməkdən məmnunam”.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan İsveçin NATO-ya qoşulacağı təqdirdə, Türkiyənin də Avropa İttifaqına qəbul edilməsini tələb etmişdi.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol