Menu

MİLLİ ŞURADAN LONDONA GEDƏCƏK HEYƏT MƏLUM OLDU

06.09.2013, 17:04
MİLLİ ŞURADAN LONDONA GEDƏCƏK HEYƏT MƏLUM OLDU

"Partiyaların rəhbərliyi səfərə qatılmayacaq"

Milli Şura rəhbərliyinin London səfərində Müsavat başqanı İsa Qəmbər və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iştirak etməyəcək. Bu barədə Modern.az saytına London səfərində iştirakı nəzərdə tutulan AXCP rəsmisi Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, səfərin proqramı məhdudlaşdırılıb:

“Səfər ayın 11-dən başlayacaq. Proqramda məhdudlaşdırma olub. Partiyaların rəhbərliyi səfərə qatılmayacaq. Son anda proqrama dəyişiklik edilib. Müsavat başqanı İsa Qəmbər, eləcə də mənim bu səfərdə iştirakım mümkün olmayacaq. Səfərdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, prezidentliyə vahid namizəd Cəmil Həsənli və Milli Şuranın İcra Aparatının rəhbəri kimi Eldar Namazov iştirak edəcək. Səfər proqramı də nisbətən məhdudlaşdırılıb”.

AXCP rəsmisi bildirib ki, səfər çərçivəsində Milli Şura rəhbərliyi Londonda Kral İnstitutunda, parlamentdə və eyni zamanda Xarici İşlər Nazirliyində görüşlər keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol