Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukrayna Silahlı Qüvvələrinin (AFU) mərmi ehtiyacının 60%-ni ödəmək üçün sursat istehsalını artırmağa hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə bazar ertəsi CNN şirkətin rəhbəri Armin Pappergerin müsahibəsinə istinadən məlumat verib.
Papperger bildirib ki, konsern gələn il mərmi istehsalını ildə 100 mindən 600 minə çatdırmaq niyyətindədir. Konsern rəhbərinin sözlərinə görə, bu yolla “Rheinmetall” Ukraynanın sursata olan tələbatının 60%-ə qədərini təmin edə biləcək. O qeyd edib ki, hazırda yeni hərbi texnikanın istehsalından daha vacib olan sursat istehsalının artırılması prioritet olaraq qalır.
Kiyev və onun Qərb müttəfiqləri keçmişdə dəfələrlə etiraf ediblər ki, Ukrayna Silahlı Qüvvələri ciddi sursat çatışmazlığı yaşayır və Qərbin ehtiyatları da tükənmək üzrədir.
Rüfət
AzPolitika.info


Şərhlər