Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Ukraynanın “Azov” qruplaşmasının komanda heyətini Ankaraya səfər edən ukraynalı həmkarı Volodimir Zelenskiyə təhvil verməsi maraq doğurdu.
Rusiya rəhbərliyi bu qərardan narazılığını açıqladı. Prezident Vladimir Putinin köməkçisi Dmitri Peskov bildirdi ki, bu ikitərəfli razılaşmanın pozulmasıdır.
Qeyd edək ki, Rusiya ilə razılaşmaya görə onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu sualın iki cavab variantı səslənib:
“Türkiyə Prezidenti ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olmasıyla bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib;
Türkiyənin ukraynalı döyüşçüləri sərbəst buraxması Rusiya Prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl anlaşmasını” uzatmayacağı eyhamlarına cavabdır.
Daha çox müzakirə edilən bu iki cavab variantına ikisini də əlavə etmək olar:
Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri əbədiyyətə qədər “girov” saxlamağın doğru olmadığı qənaətinə gəlib;
Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb”.
“AzPolitika.info”


Şərhlər