Menu

“Rusiyanın Belarusdakı hərəkətlərini diqqətlə izləyirik” - NATO Baş katibi

11.07.2023, 13:40
“Rusiyanın Belarusdakı hərəkətlərini diqqətlə izləyirik” - NATO Baş katibi

“Rusiyanın Belarusdakı hərəkətlərini diqqətlə izləyirik”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə Alyansın sammiti çərçivəsində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, NATO Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi, o cümlədən “Vaqner” xüsusi hərbi şirkətinin Belarus ərazisində olması ilə bağlı bəyanatlara şübhə ilə yanaşır: “Belarusa nüvə başlıqlarının yerləşdirilməsinə dair hələ ki, əlamət görmürük. Lakin biz ayıq-sayıq olmalıyıq”.

Y.Stoltenberq onu da bildirib ki, Rusiya Belarusa heç bir silahlı qüvvə köçürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol