Menu

Rusiya Fransaya xəbərdarlıq edib

11.07.2023, 14:13
Rusiya Fransaya xəbərdarlıq edib

Rusiya Fransaya xəbərdarlıq edib.

“Report”un xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır.

“Rusiya belə hərəkətlərə cavab verəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün deyib ki, Paris Kiyevə uzaqmənzilli raketlər göndərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol