Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Cəlilabad rayon şöbələrinin və Laçın rayon bölməsində əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı şöbə rəisi bir neçə şəxs saxlanılıb.

Şərhlər
Mən də hesab edirəm ki, bu yolla-inzibati üsullarla qayda yaratmaq mümkün deyildir.Türkiye , Gürcüstan və digər ölkələrin nümünəvi qanunlarından istifade edilməlidir.Bəzi pul vəsaitləri Dövlət büdcəsinə daxil olsun.
Eyni zamanda peşəkar ordu qurulması zərurəti var. Belə olduqda həm də əsgər ölümləri də olmaz
Istemirsen esgerliye getme .10000 manat ver sene bir ay kurs kecsinler Turkiyedeki kimi daha her 3 ilden bir gelib 1000 manat verme .Yigilan pullarida herbicilere xercleyin.Neye lazimdir kiminse dovlete catasi pul ciblere otursun.Size getirib verirler sizde goturursuz rusbeti qanunileshdirmek lazimdir