Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir", - Prezident deyib.
Dövlət başçısı qeyd edib ki, o təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir:
"Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar".
"Ancaq, eyni zamanda, bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur.
Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram.
İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur", - dövlət başçısı əlavə edib.
İlham Əliyev deyib ki, burada işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər: "Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"

Şərhlər
Ölkə başçısı çıxışında bu məsələlərin araşdırılmasını tapşırdı və əlaqədar şəxslərə bir həftə vaxt verdi. İndi görün təcrübədə nələr baş verir. Prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncam imzalamışdır. Bu proqramda “Yol hərəkəti haqqında” yeni qanunun hazırlanmasından tutmuş bir sıra tədbirlər nəzərdə tutulmuşdur ki, artıq 2023-cü il tamamlanmaq üzrədir, lakin bu günə kimi bu Proqram icrasız vəziyyətdə qalıb. Yaxud götürək elə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununu. Qnunun qəbul olunmasından 20 il keçməsinə baxmayaraq bu günə kimi qanunvericilik səviyyəsində vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən edilməmişdir. Belə nəticəyə gəlmək olar ki, təyin olunmuş nazirlər, komitə sədrləri, məmurlar sadəcə olaraq Prezidentin tapşırığına laqeyd yanaşır . Prezidentin yerinə olsaydım elə həmin iclsda bir neçə vəzifə sshibini oradaca iclasdan qovardım, ensiklopediyanın müzakirəsi ilə bağlı iclasda olduğu kimi. Siz mənə elə vəzifəli şəxs göstər ki, onun heç olmasa bir neçə milyon manatlıq varidatı olmasın. Prezident çox mülayim, demokratik ruhlu insandır. Bu neçə ildə onun necə qocaldığını yəqin ki, çoxlarımız hiss etmirik. Ona dayaq olmaq əvəzinə əl-ayağına dolaşırıq. Bu insan bizi neçə illər itirdiyimiz qürurumuzu, ləyqətimizi özümüzə qaytardı. Təkcə buna görə ona abidə qoyulmalıdır. Cənab Prezidentin öz sərtliyini qanmazlara göstərməsini çox arzu edərdim.
Ölkə başçısı çıxışında bu məsələlərin araşdırılmasını tapşırdı və əlaqədar şəxslərə bir həftə vaxt verdi. İndi görün təcrübədə nələr baş verir. Prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncam imzalamışdır. Bu proqramda “Yol hərəkəti haqqında” yeni qanunun hazırlanmasından tutmuş bir sıra tədbirlər nəzərdə tutulmuşdur ki, artıq 2023-cü il tamamlanmaq üzrədir, lakin bu günə kimi bu Proqram icrasız vəziyyətdə qalıb. Yaxud götürək elə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununu. Qnunun qəbul olunmasından 20 il keçməsinə baxmayaraq bu günə kimi qanunvericilik səviyyəsində vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən edilməmişdir. Belə nəticəyə gəlmək olar ki, təyin olunmuş nazirlər, komitə sədrləri, məmurlar sadəcə olaraq Prezidenti saya saymırlar. Prezidentin yerinə olsaydım elə həmin iclsda bir neçə vəzifə sshibini oradaca iclasdan qovardım, ensiklopediyanın müzakirəsi ilə bağlı iclasda olduğu kimi. Siz mənə elə vəzifəli şəxs göstər ki, onun heç olmasa bir neçə milyon manatlıq varidatı olmasın. Prezident çox mülayim, demokratik ruhlu insandır. Bu neçə ildə onun necə qocaldığını yəqin ki, çoxlarımız hiss etmirik. Ona dayaq olmaq əvəzinə əl-ayağına dolaşırıq. Bu insan bizi neçə illər itirdiyimiz qürurumuzu, ləyqətimizi özümüzə qaytardı. Təkcə buna görə ona abidə qoyulmalıdır. Cənab Prezidentin öz sərtliyini qanmazlara göstərməsini çox arzu edərdim.
Dövlət başçısının dünənki çıxışı bir növ ölkənin yol xəritəsini müəyyənləşdirdi. Çox əhatəli, çoxşahəli bir çıxış idi. Bu çıxışda Gədəbəy hadisələri daha çox qabardıldı. Ölkə başçısı bu çıxışında bəzi elementləri çıxmaqla Gədəbəy camaatının haqlı olduğunu vurğuladı, onun xalqın yanında olduğuna işarə etdi. Həqiqətən Gədəbəy camaatı mən özümü tanıyandan bəri həmişə dövlətə dayam olublar. 1993-cü ildən üzübəri mövcud iqtidarı müdafiə edib, həmişə onun yanında olub. Bu gün istər Ekologiya və Təbii nazirliyi, istər “müstəqil ekspertlər” barəsində söhbət gedən qızıl yatağının rayona nə kimi ziyan verməməsi arqumentlərin hər hansı əsası yoxdur. İllərdir əhali öz narazılığını bildirib, lakin heç kim bu narazılığa münasibət bildirməyib. Narazılıqlar xaotik olub, insanlar öz aralarında narahatlıqlarını ifadə ediblər, lakin hüquq mühafizə orqanlarından çəkinməkləri onlara hansısa addım atmaqdan çəkindirib. Bu gün ən sadə kəndlilər Prezidentin apardığı xarici siyasətlə fəxr edir, verdikləri şəhidləri Vətənə qurban hesab edirlər, oxşar mühribə olarsa yenidən silaha sarılmağa hazır olduqlarının ifadə edirlər. Ölkə başçısı bəzi çıxışlarında, ötənki çıxışında da vurğuladı ki, onun hər şeydən xəbəri var. Tam məsuliyyətimlə qüeyd etmək istərdim ki, əsla belə deyil. Məmurlar addımbaşı Prezidentə saxta məlumatları sırıyırlar, Prezident də onlara inanmağa məcburdur. Qayıdaq Gədəbəy hadisələrinə. Sızan informasiyalardan belə məlum olur ki, dəfələrlə hansısa qurumdan, çox güman ki, Ekologiya nazirliyindən ekspertlər gəlib qızıl mədəni iləı bağlı mənfi rəy veriblər, mədənin bəzi qüvvələri həmin ekspertlərə müxtəlif təzyiqlər göstərərək müsbət rəy almağa nail olublar. Bu Gədəbəylilər arasında gəzən sözsöhbətlərdir. Görüm-baxımla bağlı cənab Prezxident də çıxışında bu məsələyə toxundu. Həqiqətən korrupsiya cəmiyyəti içərisindən yeyir, qanını içir, iliyini sümürür. Ölkədə bir abu hava yaranıb ki, rüşvətə bulaşmamış adama pis baxırlar, “Bəxt üzüyü”ndə Söylü demişkən “Bizim kənddə ildə bir dəfə doğan arvadına pis baxırlar” Bəli, rüşvət, korrupsiya bizim həyat tərzimizə öz təsirini göstərmişdir. İstər sosial, istər təhsil, istər başqa sahələr korrupsiyanın girdabında boğulur. Səfərbərlik xidmətinin məsul əməkdaşlrının bir neçə gün əvvəl korrupsiya əməllərinə görə məsuliyyətə alınmaları buna bariz misaldır. Ardı davam edir.
Tamamilə doğru tələb və fikirlərdir.
Hörmətli cənab Prezident ! Nazirlər öz xidmətləri ilə sizin etimadınızı doğrultmaq əvəzinə, sizə xəyanət edərək sosial narazılıqların yaranmasına şərait yaradırlar. Belə nazirliklərdən biridə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir... Uzun illərdir ki, məmur özbaşnalıqları nəticəsində sizin ünvanınıza müraciət etməyimə baxmayaraq, müraciətlərim PA araşdırılmayaraq RİN ünvanına göndərilir, göndərilən məktublatra nəzarət sistemi olmadığna görə müraciətlərimə baxılmayaraq arxivə göndərilir.. Bundan başqa nazir Rəşad Nəbiyevin ünvanına saysız hesabsız mürraciətlər etməyimə baxmayaraq, heç bir nəticəsi olmamış, müraciətimə cavabda verilməmiş, qəbulda etmir ? Elə bilki nazirlik Rəşad Nəbiyevin dədəsinin şəxsi mülküdür... Vətəndaşların müraciətlərinə PA baxılsa bu boyda özbaşnalıqlar baı verə bilməz ?