Menu

ELMİ AD SATAN VƏZİFƏLİ ŞƏXS İFŞA EDİLİB - Baş Prokurorluq açıqlama yaydı

12.07.2023, 19:20
ELMİ AD SATAN VƏZİFƏLİ ŞƏXS İFŞA EDİLİB - Baş Prokurorluq açıqlama yaydı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir

Şərhlər

Abbas 2023-07-16 17:32:01

Şəfa bəy icraçıdır.>Bəa diplomu yazana göstəriş.onu imzalayıb möhür vuran kim olub?Niyə yarımçıq məlummatlarla insanların başını qatırsınız?Axı bu məsələ bir adamın işi deyil.Bəs digərləri?

Tərlan 2023-07-12 23:01:37

Vəkillərin və Hakimlərin təyin olunması komissiyasında da yoxlamalar aparılmalıdır ! Test imtahanlarından ən yüksək Bal toplayan namizədlərin Vəkil və Hakim olmasına imkan verilməmişdir. Korrupsiya İdarəsindən xahiş edirik Vəkillərin və Hakimlərin təyin olunması komissiyasının iş fəaliyyəti yoxlanılsın və onların işlərinə hüquqi qiymət verilsin.

Senan 2023-07-12 17:32:38

Sinəsində ordeni də var, görūnūr elmi ad satmaqla qazanıb ya da özūnūn deyil?...

Roma 2023-07-12 16:29:51

Fikir verin bu elmdən anlayışı olmayan pul dəllalı, "Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyev"...bax budur elmimizin evini yıxan alim...alim???

Ruslan 2023-07-12 15:30:03

Ekspert şurasını üzvündə bu slahiyyət haradandır?bəs sənədi imza edən,möhür vuran,Komissiyanın sədri,niyə kənarda qalır?Yəqin ki,Şəfa bəy onlara mane olurmuş və ya kənarda qalırmış.Ona görə onun fatehəsini oxudular.Azərbaycanda belə işlər həmişə baş-ayaq gedir.Bəs Ali Attestasiya Komissiyanın sədrinin adı niyə çəkilmir?Axı diplomları o imzalayır.

Roma 2023-07-12 13:03:08

Su qabı suda sınar, dağıl ay dünya, Şəfa kimi dəllallar olublar alim, iş-gücləri də onnan-bunnan pul çırpışdırmağdır...mənim alimimə bax???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol