Məlum olduğu kimi, NATO-nun Vilnüsdə keçirilən sammitində Ukraynanın alyansa üzvlük məsələsi açıq qalıb. Xüsusilə də mümkün üzvlük tarixi və ümumiyyətlə, bunun baş verib-verməyəcəyi məsələsində qeyri-müəyyənlik hökm sürməkdədir. Bu isə haqlı olaraq Ukraynanın sərt narazılığına səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, Polşa Prezidenti Anjey Duda da mətbuata açıqlamasında NATO-nun Ukrayna ilə bağlı qərarlarına qəti narazılıq bildirib: “Mənim fikrimcə, qəbul olunan qərarlar tamamilə qənaətbəxş deyil. Ümid edirəm ki, bir neçə ilə Ukrayna alyansın tamhüquqlu üzvü olacaq”.
Prezident deyib ki, NATO üzvləri Ukrayna məsələsində mütləq yekdillik nümayiş etdirməlidirlər.
Xatırladaq ki, NATO nizamnaməsinə görə, müharibə davam etdikcə, Ukraynanın alyansa üzv qəbul olunması mümkün deyil. Lakin məsələ ondadır ki, hətta müharibədən sonra belə Ukraynanın NATO-ya qəbul edilib-edilməyəcəyi, yaxud bunun nə zaman baş verəcəyi bilinmir.
Cəlal
“AzPolitika.info”


Şərhlər