Menu

Avropa İttifaqı Ukraynaya hərbi təlimatçılar göndərəcək

13.07.2023, 11:58
Avropa İttifaqı Ukraynaya hərbi təlimatçılar göndərəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təlimatçılar göndərəcək.

“Report” İspaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, təşkilat Ukraynaya dəstək siyasətində ciddi sıçrayış etməyi planlaşdırır.

Məlumata görə, Aİ həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə kömək etmək və qabaqcıl silahların alınması üçün maliyyəni artırmaq istəyir: “Həmçininin raket və döyüş təyyarələrinin Ukraynaya tədarükü də planlaşdırılır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol