Menu

735 milyon insan aclıqdan əziyyət çəkir - HESABAT

13.07.2023, 13:42
735 milyon insan aclıqdan əziyyət çəkir - HESABAT

2022-ci ildə aclıqdan əziyyət çəkən insanların sayı 735 milyon nəfər olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatının birgə hazırladığı hesabatda bildirilir.

Hesabatda bildirilib ki, Ukrayna müharibəsi və iqlim sarsıntıları kimi çoxsaylı böhranların təsiri ilə son 3 ildə aclıqla üzləşən insanların sayı təxminən 122 milyon nəfər artıb.

“Asiya və Latın Amerikasında aclığın azaldılmasında irəliləyiş müşahidə olunub, lakin 2022-ci ildə Qərbi Asiya, Karib hövzəsi və Afrikanın bütün alt bölgələrində aclıq hələ də artmaqdadır. Afrika bu problemdən ən çox əziyyət çəkən region olaraq qalır”,-deyə hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, əgər bu tendensiyar davam edərsə, 2030-cu ilə qədər aclığa son qoymaq kimi davamlı inkişaf məqsədinə nail olunmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol