“Vaqner” üsyanından sonra da PMC-nin rəhbəri Yevgeni Priqojinlə əlaqəli şirkətlər məktəblərə və xəstəxanalara ərzaq tədarükü üçün tender müqavilələri almağa davam etdilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
İyunun 24-dən sonra bağlanmış doqquz müqavilənin məbləği bir milyard 64 milyon rubl təşkil edib. Ən böyük sifarişçi Moskva yaxınlığındakı Mıtişi administrasiyasının təhsil şöbəsi olub.
“Prodfootservice” ilə də 705 milyon rubldan çox müqavilə imzalanıb. Müqavilə 2023-2025-ci illərdə şirkətin Moskva vilayətindəki məktəblərini yeməklə təmin edəcəyini nəzərdə tutur.
Təchizatçılar Priqojinə bağlı “Məktəbəqədər Qidalanma Kombinatı” və “Russotskapital”ın törəməsəi AVK şirkətidir.
Müştərilər arasında Moskva Səhiyyə İdarəsinin xəstəxana və klinikaları, “Artek” uşaq düşərgəsi və Moskva yaxınlığındakı iki xəstəxana da var.
Bundan əlavə, Priqojinin bzines şəbəkəsi ilə bağlanmış köhnə müqavilələrə xitam verilməsi nəzərdə tutulmur. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi yerli medianın sorğusuna cavab olaraq bildirib ki, Nazirliyin yanında Tibb və Sağlamlıq Mərkəzini qida məhsulları ilə təmin edən AVK şirkətinin işindən şikayətləri yoxdur, ona görə də şirkətlə müqaviləni dayandırmayacaqlar.
“AzPolitika.info”


Şərhlər