“Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Baş nazir Nikol Paşinyanla görüşünü şərh edərkən belə deyib. Onun sözlərinə görə, bu görüş barədə hər hansı bir nəticə çıxarmaq hələ tezdir.
“Biz davamlı sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün nəticələrinə əsasən nəticə çıxarmaq lazımdır”, - Zaxarova bildirib.
“AzPolitika.info”


Şərhlər
Bunlar adi bir insan kimi ferdi qaydada götğrüb qiymet verende qelben ruhen temiz olmadıqları aşkara çıxır yeni millet olaraq naxelef milletdir ,fars ,ermeni kimi.