Menu

Baş nazir ETSN-in Söyüdlüdə 2018-ci ildən bəri monitorinq aparmamasını ciddi nöqsan adlandırıb

13.07.2023, 21:17
Baş nazir ETSN-in Söyüdlüdə 2018-ci ildən bəri monitorinq aparmamasını ciddi nöqsan adlandırıb

Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında bildirilib.

İclasda, həmçinin Nazirliyin öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirmədiyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol