Menu

Laçında növbəti 23 ailəyə evlərinin açarları təqdim edilib - FOTOLAR

13.07.2023, 21:53
Laçında növbəti 23 ailəyə evlərinin açarları təqdim edilib - FOTOLAR

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 23 ailə öz evinin açarlarını təhvil alıb.

AZƏRTAC xəbər verir ki, növbəti köç karvanı ilə daha 23 ailə Laçına çatıb. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara öz evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Azərbaycan Prezidentinin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Qeyd edək ki, Laçın şəhərində məskunlaşdırılan şəxslərin sayı 351-ə çatıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Şərhlər

Vaqif 2023-07-14 10:41:26

Bu gedişlə (23 ailə,87 nəfər və s.) Laçının əhalisi neçə ilə Laçına qayıda bilər? Niyə imkan verilmir ki, əhali kütləvi qayıdıb həm tikintilərdə xidmətlərdə işləyər.həm də gecə-gündüz öz ev və qoyub getdikləri həyətyanı sahələrini bərpa edər.Bu daha doğru və qısa müddətdə baş verər.İndi oralarda Restoran,otel tikmək zamanı deyil!

t.ədalət 2023-07-13 23:40:23

Yolunuz uğurlu olsun!Qayıdışınızla Azərbaycanın bu parçasına səadət gətirirsiniz.Mənzillərinizdə yanan çıraqlar yurd yerini təzədən özünə qaytarır.Allah itirdiklərimizin hamısının bərpasına işıq tutsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol