Rusiya Prezidenti Vladimir Putin 2023-cü il sentyabrın 1-dək pilotsuz uçuş sistemlərinin inkişafı üzrə milli layihənin təsdiq edilməsini tapşırıb.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, Vladimir Putin bu haqda “Hesablama və Rabitə. Kvant Dünyası” Gələcək Texnologiyaların I Forumunda danışıb.
Prezident bu sahənin büdcədə prioritet kimi nəzərə alınmasını tələb edib.
"Növbəti texnoloji paradiqmaya sistematik baxmaq prinsipial olaraq vacibdir. Gələcəyin sənaye və bazarlarını yaratmaq lazımdır. Pilotsuz uçuş sistemlərinin inkişafı üzrə milli layihə məhz bu məntiqlə qurulub. Sizdən xahiş edirəm ki, 2023-cü il sentyabrın 1-dək onu təsdiq edəsiniz, həmçinin 2024-cü ilin büdcəsi və 2026-cı ilə qədər planlaşdırma dövrü formalaşarkən bu prioritet sahə nəzərə alınsın”, - deyə Rusiyanın dövlət başçısı bildirib.
Xatırladaq ki, bu ilin fevral ayında yayılan məlumata görə, Rusiya və İran birgə dron istehsalı üçün Tatarıstanın Yelabuqa şəhərində zavod tikməyi planlaşdırır.
Rüfət
“AzPolitika.info


Şərhlər