Bir neçə gün əvvəl Ukrayuna ordusu tərəfindən məhv edilən Rusiya general-leytenantı Oleq Tsokovun olduğu mehmanxananın fotosu yayımlanıb.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə yayımlanan fotoda Berdyansk vilayətində yerləşən və Rusiya ordu komandanlığının qərargah kimi istifadə etdiyi “Dyuna” mehmanxanasının darmadağın edildiyi görünür.

Qeyd edək ki, həmin zərbə nəticəsində general Tsokovla bərabər qərargahdakı zabitlər də məhv edilib.
General-leynetant rütbəsi Tsokova 2023-cü ildə təqdim edilib. Rusiyanın Ukraynanın işğalı ilə əlaqədar o, Ukrayna şəhərlərinə raket hücumlarında iştirak etdiyi üçün Ukrayna, Böyük Britaniya, Yeni Zelandiya və bütün Aİ ölkələrinin sanksiya siyahısına daxil edilib.
“AzPolitika.info”
***
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.
Məlumata görə, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov bildirib ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar.


Şərhlər