Menu

Yaponiyanın məşhur şirkəti Rusiya bazarını tərk etdi

14.07.2023, 13:47
Yaponiyanın məşhur şirkəti Rusiya bazarını tərk etdi

Yaponiyanın iri yük maşını və avtobus istehsalçısı “Isızu” Rusiya bazarından çəkildiyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, “Isuzu” istehsalın dayanması, hissələrin tədarükü ilə bağlı yaranan problem və maliyyə itkisi səbəbindən Rusiya bazarından çəkilmək qərarına gəlib.

Bildirilib ki, yapon şirkətinin səhmləri Rusiyanın “Sollers” avtomobil istehsalçısına satılıb.

Qeyd edək ki, 2008-ci ildə Rusiyada istehsala başlayan “Isızu” 2021-ci ildə bu ölkədəki müəssisəsində 3700 avtomobil istehsal edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol