"Ermənilərin Xankəndidə bu gün keçirdikləri "etiraz mitinqi"ndə rusca çıxış edənlərin biri belə fikirlər söylədi:
1) Azərbaycan müharibə cinayətlərini beynəlxalq hüquqa uyğun olaraq törədir;
2) BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı sanksiya tətbiq etməlidir.
Birinci fikir ilk baxışdan dil çaşmasına oxşasa da, ikinci fikirilə birlikdə oxunanda ermənilərin qurduğu arqumentlərdə tipik bir əlaməti bildirir - hüququ düşünmədən danışmaq".
"Azpolitika.info" xəbər verir ki, bunu hüquqşünas Erkin Qədirli Xankəndində keçirilən etiraz aksiyasına münasibət bildirərkən deyib.
"Gerçəkdən də, hüquq ermənilərin düşüncələrində ən zəif yerdir. Mitinqdə söylənilmiş o iki fikirdən bunu bir daha aydın görmək olur",- o əlavə edib.
Hüquqşünadın sözlərinə görə, hüquqa uyğun cinayət məsələsi qalsın bir qırağa, Azərbaycana qarşı sanksiyaların həm də Qarabağda qalan ermənilərə qarşı qoyulmuş sanksiya olacağını ağıllarına belə gətirə bilmirlər.
"Qarabağ Azərbaycandır axı. Bütün dünya da bunu nəinki tanıyır, artıq bunu açıq deyir, çünki beynəlxalq hüquqa görə bu, belədir və belə də olmalıdır,"- millət vəkili vurğulayıb.
E. Qədirli hesab edir, ermənilər hüquq çərçivəsində düşünməndikcə onların problemləri ancaq artacaq.
"Azpolitika.info"


Şərhlər
Erkin müəllim ağıllı hüquqşünasdır. O fikirləşmirmi ki, artıq nəfəsliyin bağlanma vaxtıdır.