Kral III Çarlzın həyat yoldaşı Kraliça Kamilla Britaniya hökumətindən heç bir müavinət almayacaq.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Milli Audit İdarəsi kraliça Kamillanın "ayrıca illik müavinət almayacağına və onun iştirakı ilə keçirilən tədbirlərin dövlət tərəfindən verilən qrantla maliyyələşdiriləcəyinə" dair bir qərar verib.
Bu qərar onunla əlaqədardır ki, “Mülki siyahı” və hökumətin bir sıra maliyyə qrantları (bu qrantlar kral ailəsinin ehtiyaclarına xərclənirdi) indi vahid dövlət qrantı ilə əvəzlənib.
II Yelizavetanın həyat yoldaşı “consort-kral” vəzifələri üçün illik ödəniş hüququna malik idi. O, 359 min funt-sterlinq məbləğində müavinət alıb.
Kraliça Kamilla ilə bağlı tədbirləri maliyyələşdirəcək dövlət qrantı kral mülklərinin mənfəətinin faizinə əsaslanır.
Rüfət
“AzPolitika.info”


Şərhlər
Diana “bacı” görün çatlasın gör senin “Taxtında” hansı “bacılar” meydan sulayır