Menu

“Türkiyə Aİ-dən cavab gözləyir” - Ərdoğan

14.07.2023, 22:56
“Türkiyə Aİ-dən cavab gözləyir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, ölkəsi üçün vizasız rejimə keçid və üzvlük danışıqlarının canlandırılması ilə bağlı Avropa İttifaqından (Aİ) cavab gözləyir.

“İndi biz Avropa İttifaqından cavab gözləyirik. Vilnüsdə NATO sammiti çərçivəsində biz Avropa İttifaqına üzv bütün ölkələrin liderləri ilə bu məsələləri ətraflı müzakirə etdik. Onların hamısı ilə görüşlər keçirdik və dedik ki, 52 ildir qapıda gözlətdiyiniz Türkiyəyə qarşı müsbət addımların atılmasını arzulayırıq”, - dövlət başçısı İstanbulda jurnalistlərin viza liberallaşdırılması və Avropaya inteqrasiyanın bərpası perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, R.T.Ərdoğanın Avropa liderləri və Aİ rəhbərliyi ilə təmasları nəticəsində Türkiyənin Avrointeqrasiya prosesinin intensivləşdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Xüsusilə, Türkiyənin bu məsələdə əsas hədəfləri arasında vizaların ləğvi və Aİ Gömrük İttifaqı çərçivəsində əməkdaşlıq kimi məsələlər var. (Mənbə: A Haber)

Şərhlər

Moshu 2023-07-15 04:57:40

1999-cu ilin təxminən noyabr-dekabr aylarında dövlət səviyəsində keçirilən tədbirlər çərçivəsində Aİ-nin binasında Parlamentin fəaliyyəti ilə tanışlıq zamanı Belçikadan olan deputat məlumat verərkən ona nəyə görə Türkiyə Aİ-nin Parlamentində təmsil olunmayıb sualı oldu. Cavab o oldu ki, Türkiyənin əhalisi 67 milyondur. Əhalisinin sayına görə Parlamentdə say nisbəti deputatlar təmsil olunurlar. Hər hansı qərar qəbul edilərkən onların, yəni Türkiyədən olan deputatlar həmin məsələdə problem yarada bilərlər. Ona görə yaxın gələcəkdə Türkiyənin Parlamentdə təmsil olunması gözlənilmir. Burada başqa səbəb yoxdur, yeganə səbəb budur. Gərgin əmək nəticəsində, düzgün aparılan siyasət nəticəsində nəhayət Türkiyə Aİ-nin Parlamentində təmsil olunacaq. Amma yenə də müəyyən şübhələrim var ki, hələ bu məsələ yenə də uzanacaq. Avropa İttifaqı Türkiyəni partnyor müttəfiq kimi deyil, eəqib gözündə görür. Türkiyənin Avropa İttifaqına deyil, Avropanın Türkiyəyə ehtiyacı var. Var olsun Ərdoğan, yaşasın qardaş Türkiyə.

dadaşyev 2023-07-15 00:45:33

Türklər xristianların müqəddəs saydıqları Bizansa son qoyduqlarına görə, müqəddəs saydıqları Konstantinopolu fəth edərək müqəddəs saydıqları Ayasofiya kilsəsini cameyə çevirdiklərinə görə heç vaxt,təkrar edirəm heç vaxt Avropa Türkiyəni öz Birliyinə almayacaq.Bizans yarası xristianların qəlbinə sancılmış elə bir oxdur ki,600 ildir yarası sağalmayıb,türk dünyasına xristianların nifrətinin təməli budur ta səlib yürüşlərindən bu yana.Odur ki,Avropa Birliyi Qiyamətəcən Türkiyəni qapıda gözlədər,amma Qiyamət zamanı Günəş qərbdən çıxsa da,göydə ikinci Günəş görünsə də Türkiyəni yanlarına almazlar.Elə Qarabağ məsələsində Avropanın açıq-aşkar təcavüzkar ermənistanı dəstəkləməsinin kökündə də bizlərin Bizansa son qoyan,Konstantinopolu fəth edən,Ayasofiyanı cameyə çevirən millətdən olmağımız durur.Odur ki Avropalıların önlərində qızıldan dağlar ucaltsaq da,yollarını-muzeylərini-məktəblərini təmir etsək də,səhər-axşam humanitar yardım daşısaq da , önlərinə qoyduğumuz faktlarla tam haqlı olduğumuzu anlasalar da bizləri heç vaxt haqlı hesab edən deyillər,bizləri heç vaxt sevməyiblər və heç vaxt da sevməyəcəklər,qardaşım,bizləri haqlı saymaları, bizləri sevmələri əsla və əsla mümkün olan bir şey deyil.Nə vaxt şirin vədlər versələr qətiyyən inanmayın,dərhal Bizansı-Konstantinopolu-Ayasofiyanı xatırlayın,çünki böyükdən kiçiyə heç birisi Bizansı-Konstantinopolu-Ayasofiyanı unutmayıb..Öz işlərinin xatirinə qılığımıza girib qısa bir zaman üçün mələk kimi görünə bilərlər,amma buna inanıb saqqızımızı oğurlatsaq bəlalara düşərik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol