Beynəlxalq Cinayət Məhkəməsi (BCM) mart ayında Prezident Vladimir Putini və uşaq ombudsmanı Mariya Lvova-Belovanı Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham edərək həbsinə order verib. Cənubi Afrika Respublikası Roma Statutunu imzalayan ölkələr sırasındadır.
Buna görə də may ayında Cənubi Afrikadakı “Sunday Times” nəşrinin mənbələri Cənubi Afrika hakimiyyətinin Putindən BRİKS sammitinə gəlməməyi xahiş etdiyini bildirmişdi.
“Bloomberg” öz mənbələrinə istinadən bildirib ki, Cənubi Afrika hakimiyyəti Putinə qarşı orderin icrasından yayınmaq üçün bütün variantları nəzərdən keçirir.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Cənubi Afrika rəsmi Moskvanın hərəkətlərini pisləməyib, neytral qalmaq və silahlı münaqişəyə son qoymaq üçün dialoqa üstünlük verəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər