Menu

Xaçmazda 33 yaşlı kişi intihar edib

16.07.2023, 14:08
Xaçmazda 33 yaşlı kişi intihar edib

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü Elvin Tofiq oğlu Məmmədov özünü yaşadığı fərdi yaşayış evinin həyətində meyvə ağacından asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Məmmədov FHN-in əməkdaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol