Menu

Ukrayna ordusu Luqanska kasetli bombalarla zərbə endirib – Separatçılardan iddia

16.07.2023, 15:57
Ukrayna ordusu Luqanska kasetli bombalarla zərbə endirib – Separatçılardan iddia

Ukrayna Silahlı Qüvvələri Luqansk şəhərinin cənub-qərb hissəsinə uzun mənzilli kasetli bombalardan istifadə edərək hücum edib.

Bu barədə TASS-a “Luqansk Xalq Respublikası” separatçı rejiminin xalq milisinin istefada olan zabiti, polkovnik-leytenant Andrey Maroçko bildirib.

“Təxminən Moskva vaxtı ilə saat 10:00-da Luqansk şəhərinin cənub-qərbində sakinlər hava hücumundan müdafiə sistemləri işə düşüblər, sonra kasetli bomba partlayışlarına çox oxşar partlayışlar olub. Mən güman edə bilərəm ki, bu, uzaqmənzilli raket idi, lakin kaset hissələri var idi." - deyə, Maroçko qeyd edib.

Maroçko hesab edir ki, Ukrayna əsgərləri Luqanska bu hücum üçün yeni növ sursatdan istifadə ediblər.

“Biz rəsmi məlumatları gözləyirik", - deyə mənbə əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol