Menu

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır

17.07.2023, 10:04
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası bu gün baş tutacaq.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Onun barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər

TARIX 2023-07-17 10:48:33

ƏVVƏL DEDİKLƏRİNLƏ İNDİKİLƏR ARASINDA BÖYÜK FƏRQ VAR QÜDRƏT BƏY.

TARIX 2023-07-17 10:46:28

ƏVVƏL DEDİKLƏRİNLƏ İNDİKİLƏR ARASINDA BÖYÜK FƏRQ VAR QÜDRƏT BƏY.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol