Menu

MƏRKƏZİ BANK SƏDRİ ÖZÜNƏ YENİ MÜŞAVİR TƏYİN ETDİ - Şahin Mahmudzadə kimdir? + DOSYE

17.07.2023, 11:07
MƏRKƏZİ BANK SƏDRİ ÖZÜNƏ YENİ MÜŞAVİR TƏYİN ETDİ - Şahin Mahmudzadə kimdir? + DOSYE

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

AMB-dən verilən məlumata görə,  bu, Şahin Mahmudzadədir.

Yeni təyinatla sədrin müşavirlərinin sayı 3-ə çatıb.

Ş.Mahmudzadə 1992-ci ildə Bakıda anadan olub, 2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələri ilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin "Chartered Financial Analyst" (CFA) sertifikatına yiyələnib.

O, əmək fəaliyyətinə 2016-cı ildə AMB-nin Pul siyasəti departamentində başlayıb, 2018-ci ildən “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi, 2020-ci ildə şöbənin müdiri, 2021-cil ildən isə departamentin direktoru işləyib, bu aydan isə AMB-nin komandasına qoşulub.

Şərhlər

Mubariz 2023-07-17 12:27:04

«Halaldı» ,işləyə-işləyə bir ildə üç-dörd təhsilə yiyələnib , bu adamlarda ölkəmiz kimi analoqsuz sürətlə irəliliyirlər ,birdə ki bu müşavir bizim idarəetmə sistemimizə necə giribsə çıxartmaq olmur ,özü də hər vəzifəlilərin 9-10 müşaviri olur ,bunlar varsa ,onda müavinlər nə işə yarayır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol